"Keşlə"nin yarımmüdafiəçisi Con Kamaranın atası dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, Sierra Leone millisinin üzvünün atası ötən gecə uzun sürən xəstəlikdən vəfat edib. Bunu saytımıza verdiyi açıqlamasında Kamara özü təsdiqləyib:
"Bəli, ötən gecə atamı itirdim. Xəstəliyi vardı və ölmədən qabaq daha da şiddətləndi. Fasilə zamanı ailəmi görməyə gedəndə ona baş çəkmək qərarına gəldim. Dəfn mərasimindən sonra qayıdacam. Klub ilə danışmışam və rəhbərlik mənim durumumu başa düşür".
Qeyd edək ki, qış fasiləsindən yanvarın 7-də qayıtmalı olan Con Kamara, hazırkı situasiyadan sonra ayın 9-u komandaya qoşulacaq.