Asiyada 2020-nin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "Fox Sports Asia"nın keçirdiyi ənənəvi sorğuda Son Xın Min digər həmkarlarını böyük fərqlə qabaqlayıb. "Tottenhem"in futbolçusu 286 səslə qalib olub. İkinci yeri hər nə qədər qəribə görünsə də, Sərdar Azmun tutub. "Zenit"in legioneri 89 səs yığmaqla Junior Neqao (83) və Andres İnyesta (44) kimi əsas rəqiblərini qabaqlayıb. "Şanxay"ın formasını geyinən Halka cəmi 1 nəfər səs verib.
Qeyd edək ki, Son son 7 ildə 6-cı dəfə qalib adını qazanıb.