"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu flaqmandan rəsmi təklif almadığını söyləyib.
28 yaşlı forvard paytaxt təmsilçisində oynamaq istədiyini gizlətməyib: "Mən bu barədə eşitmişəm. Amma rəsmi deyil. "Neftçi"də oynamaq istəyərəm. Düşünürəm ki, bu, Azərbaycanda çıxış edən hər futbolçunun arzusudur".
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə 2021-ci ilin yayınadək müqaviləsi var (Report).