Çexiya yüksək liqa klublarının gənclərdən ibarət komandaları arasında çempionatda növbəti turun oyunları keçirilib.
Offsidepplus.az xəbər verir ki, U-21 millimizin üzvü Rövlan Muradovun şərəfini qoruduğu “Slaviya” “Viktoriya”nın qonağı olub və 0:2 hesabı ilə uduzub. R.Muradov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Slaviya” 3 turdan sonra 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.