Azərbaycanda top qovan legioner futbolçu Bakıda nikaha girib.

Offsideplus.az xəbər verir ki, gürcüstanlı Davit Volkov Tiflisə getməyə ehtiyac duymayıb. Xeyli vaxtdır birlikdə olduğu sevdiyi xanımla münasibətlərini Azərbaycanda rəsmiləşdirməyi qərara alıb. Davitin xoş günündə həmyerlisi, həm də yaxın dostu Merab Qiqauri ilə sevgilisi yanında olub. Cütlük nikah haqqında şəhadətnamə ilə çəkdirdikləri fotonu sosial şəbəkə paylaşınca, çoxsaylı təbrik mesajları gəlib. 

Qeyd edək ki, Volkov 2018-19 mövsümünün ikinci, 2019-20 mövsümünün birinci yarısını "Qəbələ"də keçirməklə 27 çempionat qarşılaşmasında 7 dəfə fərqlənmişdi. Bu ilin əvvəlində çıxış etdiyi "Zirə"də 19 matçda 5 dəfə fərqlənib.

IMG 9493

IMG 9494