Ukrayna təmsilçisi "Olimpik"in baş məşqçisi İqol Klimovski "Sabah"ın baş məşqçisi Visente Qomesə təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlaması zamanı deyib. İspaniyalı çalışdırıcının işini dəyərləndirən Klimoski Qomes barədə bu sözləri deyib:

"Məndən əvvəl "Olimpik"in baş məşqçisi Visente Qomez olub. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb. Onun başladığı işi davam etdirməyə çalışırıq. Qomezdən çox şey öyrənmişəm. Ona minnətdaram".

Qeyd edək ki, Visente Qomes 2019-20 mövsümündə "Olimpik"ə rəhbərlik edib.