“Qəbələ” komandasının qış hazırlıq planı müəyyənləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.