Azərbaycan Premyer Liqasında çıxış edən klubu daha bir futbolçu ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb.

Hacıyev legionerlərdən isə iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin komandanı tərk edə biləcəyini istisna etməyib: "Hələlik onunla danışırıq. Şərtlərdə razılığa gələ bilməsək, yəqin ki, gedəcək. Amma qala biləcəyini də deyir. Sadəcə, şərtləri bir az bizim üçün ağırdır. Ümumilikdə, 5-6 futbolçunu göndərib, yerinə 3 yeni oyunçu almaq istəyirik".

"Səbail"in hazırlıq planına da toxunan baş məşqçi yanvarın 4-də yenidən bir araya gələcəklərini bildirib: "Artıq yoxlama oyunu üçün rəqib tapmışıq. Yanvarın 14-də "Sabah"la qarşılaşacağıq". (report)