Rusiyanın sabiq futbolçularından olan Roman Şirokov idman ayaqqabılarını hərrac çıxaracaq.

Offsideplus.az xəbər verir ki, söhbət adi ayaqqabıdan yox, Şirokovun avqustda Həvəskarlar Liqasındakı hakim Nikita Dançenkonu döydüyü oyundakı ayaqqabıdan gedir. Hazırda məhkəmə araşdırmaları davam etdirir, hər iki şəxsin vəkili müştərilərinin müdafiəsini təmin etməklə məşğuldur. Şirokovun vəkili Vadim Lyalin bəyan edib ki, idman ayaqqabılarından əldə olunan gəlir kimsəsiz uşaqlara Yeni il hədiyyələri almağa xərclənəcək. Ayaqqabılar hərracda satılmayacağı halda, vəkil özü cibinin pulu ilə ona sahib çıacaq.

Qeyd edək ki, "krossovki"nin ilkin qiyməti 100 min rus rublu, təxminən 2300 manatdır.