"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.
Offsideplus.az xəbər verir ki, komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək.
Ölkələrinə yollanan legionerlər isə 1-2 gün sonra komandaya qoşulacaq.
Qeyd edək ki, Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.