"Biz UEFA-nın dediyi vaxta uyğun olaraq, apellyasiya yazımızı hazırladıq və müraciətimizi etdik. Hazırda qurumdan cavab gözləyirik. Qarşı tərəfdən cavab məktubu almamışıq”.
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarı barədə danışarkən deyib.
O bildirib ki, məsələyə hansı tarixdə baxılacağı dəqiqləşməyib. Əsgərov "qərarın yüngülləşməsinə ümidiniz varmı" sualına belə cavab verib: "Ümidimiz olmasaydı, UEFA-ya yazmazdıq. Ümid edirik ki, qərarı dəyişdirəcəklər. İstər kluba, istərsə də Nurlan İbrahimova çox ağır qərarlar veriblər. Hər ikisi çox ağır ağır cəzadır. Yazımızda da bəzi açıqlamalar yerləşdirmişik və səbəblər göstərmişik ki, çox ağırdır".
Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib (Report).