Almaniya millisinin və "Çelsi"nin müdafiəçisi Antonio Rudiger nümunəvi addım atıb.

Offsideplus.az DFB-yə istinadla xəbər verir ki, Premyer Liqada top qovan müdafiəçi Almaniyadakı həkimlərə pitsa göndərib. Futbolçu 13 xəstəxanadan olan 420 həkimi qidalandırıb. 

Rudiger bu yolla koronavirusla mübarizə aparan həkimlərə təşəkkür etmək istəyib. Həmçinin şəxsi "instaqram" səhifəsindən tibb işçilərinə səslənib: "Televiziya proqramlarında və dostlarımdan eşitdiklərim əsasında deyə bilərəm ki, Almaniyada koronavirusla bağlı vəziyyət heç də yaxşı deyil. Bu, faciədir. Xəstəxanaların intensiv müalicə şöbələrində işləyən həkimlər inanılmaz dərəcədə böyük işlər görür. Onlar əsl qəhrəmanlardır".