Koronavirusa görə xeyli sayda futbolçunun xidmətindən istifadə edə bilməyən komandalardan biri də "Keşlə" idi.
Hər ötən gün "qırmızılar"ın vəziyyəti yaxşıya doğru dəyişməkdədir.
Offsideplus.az xəbər verir ki, müalicə üçün karantinə alınan Con Kamara sağalıb. Afrikalı yarımmüdafiəçinin verdiyi testin cavabı neqativ olub. Hazırda paytaxt təmsilçisində iki aktiv xəstə var, biri Turan Vəlizadə, o biri Miyuşko Boyoviç. Onlar da bugün-sabah test verəcək. Hər ikisinin sağaldığı deyilir.
Qeyd edək ki, bu gün "Keşlə"nin baş məşqçisi Yunis Hüseynovun da koronavirusa yoluxduğu məlum oldu.