Futbol üzrə Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə formasını geyindiyi “Sabah” klubundakı müqaviləsini yeniləyib.
Offsideplus.az xəbər verir ki, Təmkin “instagram” hesabında klubu ilə sözləşməsini mövsümün sonuna qədər uzatdığını açıqlayıb. Qeyd edək ki, 2019-cu ilin yayında “Qəbələ”dən “Sabah”a keçən Təmkinin əvvəlki müqaviləsi bu ilin sonuna qədər idi.