Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.
Offsideplus.az xəbər verir ki, qurumun bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 15 500 manat vəsaiti könüllü olaraq “YAŞAT” Fonduna köçürüb.
AMADA kollektivi bir daha döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir. (sport24)