Aleksandr Kokorin karyerasını A seriyasında davam etdirə bilər.

29 yaşlı futbolçu "Fiorentina"ya təklif olunub.

Offsideplus.az  "Sport-Ekspress"ə istinadla xəbər verir ki, bu işdə 2006-cı ildə İtaliyanı dünya çempionu etmiş Marçelo Lippinin oğlunun əli var. Belə ki, David Lippi Kokorini "Fiorentina"nın rəhbərliyinə təklif edib. Oğul Lippinin "bənövşəyilər"in idman direktoru Daniel Prade ilə yaxşı əlaqələri var ki, indiyə qədər bir neçə dəfə əməkdaşlıq ediblər. İndi də Kokorini İtaliyaya aparmaq istəyir. 

Yaxşı günlərini yaşamayan Florensiya təmsilçisi 11 turdan sonra 18 komanda arasında 17-ci pillədə qərarlaşıb, vurulan topların sayına görə yalnız "Cenoa"nı qabaqlayır. 

Qeyd edək ki, Aleksandrın yayda "Roma"ya keçəcəyi dəyilsə də, transfer baş tutmamışdı.