Milan Obradoviç daha daha bir il 21 yaşlılardan ibarət Azərbaycan yığmasını çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdulla bildirib.

Federasiya rəsmisinin sözlərinə görə, serbiyalı mütəxəssislə kontrakt avmotik olaraq qüvvəyə minib:

"Orada belə bir bənd var ki, 2 illik müddət bitəndən sonra tərəflərdən biri onun uzadılmasına etiraz etmirsə, müqavilə daha 1 il yenilənəcək.

İndiki halda AFFA Milan Obradoviçin fəaliyyətini davam etdirməsinə razıdır. Baş məşqçinin özü də bunda maraqlıdır. Serbiyalının qarşısına qoyulan yeni hədəflər və maliyyə şərtləri barədə isə hələ heç nə deyə bilmərəm" (Sportinfo).