"Barselona"nın sabiq futbolçusu Lionel Messiyə məsləhət verib.
Söhbət 2019-cu ildə qısa müdədətdə Kataloniya təmsilçisinin formasını geyən, hazırda İtaliyanın B seriyasında "Monza"nın şərəfini qoruyan Kevin-Prins Boatenqdən gedir.
Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, Qana ylğmasının sabiq üzvü Messiyə üz tutmalı olduğu klubun adını tövsiyə edib: "Fikrimcə, Messi müqaviləsi bitdikdə "Napoli" prezidentinə 'mən gəlirəm' deməlidir. Pulu deyil, qəlbinin səsini dinləyərək Maradonanın "10" nömrəli formasını yaşatmalıdır. Messi bu şəkildə karyerasına parlaq nöqtə qoya bilər. O, A seriyasında da çempion da ola bilər".
Qeyd edək ki, əfsanəvi Dieqo Armando Maradona futbolçu karyerasında parlaq günləri "Napoli"də yaşayıb.