Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 17 il keçir.
Offsideplus.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.
Qeyd edək ki, Heydər Əliyev 1923-cü il, mayın 10-da Naxçıvanda dünyaya gəlmişdi. 12 dekabr, 2003-cü ildə isə, 80 yaşında müalicə üçün üz tutduğu Klivlenddə dünyasını dəyişmişdi. Hər ilin 12 dekabrı Ulu Öndərin anım günü kimi qeyd olunur.