"Keşlə"nin koronavirusa yoluxmuş bir neçə futbolçusu artıq sağalıb.
Offsideplus.az xəbər verir ki, Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko və Tural Axundovun son COVID-19 testlərinin nəticəsi neqativ çıxıb.
Paytaxt təmsilçisində Miyusko Boyoviç xəstəxanada müalicəsini davam etdirir. Bundan əlavə Con Kamara və Turan Vəlizadə aktiv koronavirus xəstələridir.
Qeyd edək ki, "Keşlə" Premyer Liqasının 12-ci turunda dekabrın 20-də "Səbail"i qəbul edəcək (Report).