"Neftçi" belçikalı yarımmüdafiəçi Sabir Buqrin də koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu son testin nəticəsində müəyyənləşib.
"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi növbəti dəfə müsbət çıxıb. Qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin isə testi mənfi nəticə verib.
Qeyd edək ki, "Neftçi"nin Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"la oyunu təxirə salınıb.