Dünən Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən ÇSKA - "Feyenord" (0:0) qarşılaşmasından sonra Rusiya təmsilçisinin baş məşqçisi Viktor Qonçarenko diqqət mərkəzinə düşüb.
Belaruslu mütəxəssis jurnalistin Fyodr Çalovun oyunu ilə bağlı verdiyi suala qeyri-adi tərzdə cavab verib.
Offsideplus.az Qonçarenkonun dediklərini təqdim edir: "Çalovun inkişafı üçün çalışırıq. Artıq kürəyi ilə çox məşq edir və top almaq üçün geriyə qayıdır. Bu gün bir neçə epizodda yaxşı "açıldı". Qol imkanları da oldu. Hər bir iddialı futbolçu alınmaya nəyəsə görə əsəbləşməlidir. Daha küsmək, üz turşutmaq, üzünü yana çevirmək - bunlar yaxşı hal deyil. Kim nə deyir desin, Fyodr mənim üçün komandanın ən yaxşı hücumçusudur. Komandamızın q...ıq oğludur, onu qorumalıyıq". (Наш сукин сын, которого надо оберегать)
Qeyd edək ki, bu ifadə bizdə qəbul olunmasa da, ruslarda normal qarşılanır.