“Şansımızın itmədiyini bilirdik.
Bilirdik ki, hər şey özümüzdən asılıdır. İlk oyundan sonra da bunu demişdim. Amma bəziləri bunu məsxərəyə qoydular. Şükürlər olsun ki, əziyyətimizin, alın tərimizin sayəsində bu nəticəni əldə etdik. Bizim qələbəmizə inanan, bü günə kimi bu stadiona toplaşan azarkeşlərin hamısına təşəkkürümü bildirirəm, sağ olsunlar”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.
- Kubokun cavab oyununa bir həftə vaxt var idi. Bu bir həftədə nə dəyişdi?
- Bu gün biz psixoloji eniş yaşayırıq. Ayrılıqda hər bir futbolçumuz güclüdür. Sadəcə olaraq, çempionat oyunlarından başlayaraq eniş oldu. Bu gün də daha yaxşı hazırlaşmışdıq. Meydança da ideal vəziyyətdə idi.
- Oyunun əvvəllərində çox aqressiv görünürdün. Həm hakimə, həm rəqib futbolçulara qarşı...
- İki epizod var idi ki, meydanın mərkəzində qaydanı pozmadan topu rəqib futbolçudan oğurladım, lakin hakim qayda pozuntusu qeydə aldı. Həmin an əsəbləşdim bir az. Ard-arda iki elə epizod oldu və istər-istəməz əsəblərimi cilovlaya bilmədim. Özümdən asılı deyildi. Daha sonra qaydasına düşdü hər şey.
- Cavid, qazandığınız ikinci penaltini Stiven Monroza jest olaraq verdin, ancaq vura bilmədi. Bəlkə, ürəksiz verdin?