Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilk matçda 1:3 hesabıyla uduzduğu “Neftçi”nin qonağı olub. 3:1 hesabıyla qalib gələn “qırmızı qaralar” finala yüksələn tərəf olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis öncə oyun barədə danışıb.
- Elə bir andır ki, başımıza gözəl hadisə gəldi. Bu hadisə gözəl bir vaxtda alındı. Qalibiyyətə ehtiyacımız var idi. Çoc sevincliyəm.
- Bu qədər həyəcanlı olduğunuzu görməmişdik. Belə bir anı Azərbaycanda yaşamışdız?
- Sevincim ona görədir ki, titul uğrunda mübarizə aparırırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəlirdi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdür.
- Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…
- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdir. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.
- Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.
- Buna şəxsən təəcübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdur. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.
- 3-cü dövrədə bu cür oyun niyə alınmırdı?
- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdır: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.
- “Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüfləndiz?
- “Qarabağ”la, ümumiyyətlə oynamaq istəmirəm. Hətta yaxşı olardı ki, çempionatdakı son oyunumuz ləğv edilsin (gülür). Finalda onlarla oynamamğımız daha yaxşıdı. “Qarabağ” bütün komandalardan üstündü. Biz onlardan çox uzaqdayıq. Sevinirik ki, finalda “Qarabağ” yox, başqa rəqiblə oynayacağıq.
- İlqar Qurbanovun durumu necədir?
- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.
- Bu gün demək olar ki, bütün bacarığınızı ortaya qoyduz. Final üçün yeni bir şey saxlamısızmı? Bir də Yuri Maksimovu tanıyırsız. Onunla əvvəlki baş məşqçilərin “Keşlə”sini necə müqayisə edərdiz?
- Müəyyən Şeyləri bilirəm. “Keşlə”nin 3 müdafiəçi ilə oynadığını görmüşük. Maksimovun komandası mübarizə aparmaq gücündədi. Onalr finalda “döyüşəcəklər”.