“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.
Offsideplus.az xəbər verir ki, yubiley qolunun müəllifi Bədavi Hüseynov olub. Təcrübəli müdafiəçi Premyer Liqanın VIII turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixinin ilk qolunun müəllifi olub.