"Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VIII turunda "Qəbələ"yə səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

 

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- İlk hissədə topa nəzarət etdik. Ancaq ilk 45 dəqiqədə və ikinci hissənin əvvəlində qol buraxdıq. Ardından azlıqda qaldıq. Bundan sonra 1 qol vursaq da, bu, az oldu. Fasiləyədək qol vurmaq şansımız oldu. Amadu təkbətək çıxanda fərqləndirə bilərdi. İkinci hissədə rəqib də qol vura bilərdi. Bu, pis dinamikadı və belə bir vəziyyətdə çətinlik çəkirik.

Qomes komandasının ardıcıl 5-ci məğlubiyyətindən sonra mümkün istefa məsələsinə də toxunub: "Açıq deyəcəm, futbolçular və rəhbərlik məni görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm. Komandanı böhrandan çıxara bilərəmmi? Son 3 qarşılaşmaya baxsaq, o qədər də pis oynamadıq. "Səbail" və ya "Keşlə" ilə oyunu götürsək, razıyam, pis oynadıq. "Sumqayıt"a qalib gələ bilərdik. Bu gün futbolçular çox çalışdılar. Görüşün sonunda məğlubiyyətdən qaça bilərdik. Bu vəziyyətdən çıxmaq üçün qələbə qazanmaq lazımdı" (Sport24.az).