Bazar günü "Qarabağ" - "Zirə" matçına görüntülənən Riçard Almeydanın Bakıya gəlişinin səbəbi məlum olub.

 

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, yığmamızın braziliyalı yarımmüdafiəçisi bundan sonra uzun illər "Qarabağ"da və komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış edəcək. "Qartallar" təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonuna qədər anlaşıb. 

Xatırladaq ki, Riçard bu ilin əvvəlində "Qarabağ"dan ayrılıb Birləşmiş Ərəb Əmirliklərinə üz tutmuş və "Baniyas" klubu ilə 2 illik anlaşmışdı. Lakin Vinfrid Şeferin baş məşqçi postundan göndərilməsi və klubdakı müəyyən dəyişikliklər Almeyda ilə yolların vaxtından əvvəl ayrılmasına səbəb olmuşdu.

Solaxay yarımmüdafiəçi sonuncu rəsmi matçına bu ilin martın 14-də "Kaliba" ilə oyunda çıxıb.