"Deyə bilərəm ki, birinci hissədə oyuna dominantlıq edən biz idik. Rəqibin əks hücumlarına imkan vermirdik. Lakin birinci hissədə rəqibin cərimə meydançasında hücumlarımızın nəticə verməsi üçün dəqiqliyimiz çatışmırdı. İkinci hissədə oyuna nəzərat edən tərəf biz idik. Bundan sonra istədiyimiz qolu vurduq, lakin rəqib meydançasına yaxın qol vurmaq istəyimizə çata bilmədik. Və rəqib əks hücumların birində bizi yaxaladı, oyundan qalib ayrıldı".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"a 2:1 hesablı məğlubiyyətin ardından baş tutan mətbuat konfransında "Sabah"ın baş məşqçisi Visente Qomes deyib.
- Çempionatın sonuna 21 oyun qalırdısa nə lüzum var idi ki, 9 futbolçu ilə irəli atılıb əks hücumda yaxalanasız?
"Oyunun axırıncı dəqiqələrindən razıyam. Bəzi yerlərdə mənim də səhvim var. Rəqibin hücumlarına imkan verməmək üçün müdafiəyə diqqət yetirilməli idi. Lakin oyunun qırılma nöqtələri çox oldu".
- Komandadakl ardıcıl uğursuzluqalarln səbəbi futbolçular və baş məşqçi arasında anlaşılmazlıq ola bilər?
Məğlubiyyətdə günah axtarmaq lazım deyil. Nə futbolçularla məşqçi, nə də məşqçi ilə futbolçular arasında bir problem yoxdur. Bu dörd oyundan sonra uduzanda dinamika çatışmazlığı olur. Qalib komanda "Sumqayıt"da olan dinamika bizim futbolçularda da olsaydı, bəlkə bundan istifadə edə bilərdik. Bu situasiyadan çıxmağın tək yolunu, öz üzərimizdə işlıməkdə görürəm. Səhvlərimizi düzəltdikcə qara zolaqdan çıxa biləcəyik".