Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın “Yenisey” klubunda çıxış edən oyunçu sonradan komandaya qoşulmalı idi. Klubun düşərgəsində bəzi futbolçuların testi pozitiv nəticələnib.
Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Məmmədova millinin düşərgəsinə qoşulmayıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.



