Millimizin Monteneqroya yenilgisindən sui-istifadə edənlər olmuşdu.
"Alaşkert"in monteneqrolu qapıçısı Andriya Draqoyeviçin əməlindən xəbərdarsız.Qolkiper şəxs "instaqram" səhifəsində qələbəni erməni dığalarına həsr etdiyini bildirmiş, "Artsax (Dağlıq Qarabağ) Ermənistanındır" sözlərini yazmışdı.
Offsideplus.az xəbər verir ki, Draqoyeviç atdığı addımla bağlı "sport24"ə açıqlama verərək məntiqi olmayan əsaslar göstərib: "Bəzi mətbu orqanlar qələbəni ermənilərə sanki Monteneqro yığmasının həsrr etdiyini yazmışdı. Halbuki, bu, cəfəngiyyatdır. Mən bu məsələdə öz mövqeyimi bildirmişəm, öz mövqeyimi. Məsələ rezonans doğurdu deyə, paylaşımı silməli oldum. Mənim elədiyimə görə AFFA-dan Monteneqro Futbol Federasiyasına zəng vurub, yüksək tonda danışıblar. Sonra federasiyamızdan mənimlə əlaqə saxladılar. "İnstaqram"ın "direkti"mi cəhənnəmə döndərmişdilər. Paylaşım çoxlarına pis təsir etmişdi, halbuki, mən pis mənada nəsə yazmamışdım. Azərbaycan çempionatında oynayan futbolçular da Azərbaycanı dəstəkləyirlər. Hətta Maykl Essyen kimi dünya ulduzu Dağlıq Qarabağda yaşananlara münasibət bildirib. Və ya, Ermənistanı dəstəkləyən serblər olsun. Yenə deyirəm, mən, mənə doğma olan ölkəni dəstəkləmişəm. Başqa heç nə! Erməni futbolsevərlər sağ olsunlar, məni sona qədər dəstəklədilər. Azərbaycanlıların yazdıqlarını isə oxumurdum. Bilirdim ki, söyüşdən başqa heç nə yoxdur".