Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün Millətlər Liqasının IV turunda Xorvatiya ilə görüş əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, bu, 17 yaşlı futbolçunun millidəki 3-cü görüşü olub.

O, daha öncə Xorvatiya və Ukrayna yığmalarına qarşı da forma geyinmişdi.

“Renn”in yarımmüdafiəçisi 110 il sonra 18 yaşı tamam olmadığı halda   yığma ilə 3 oyun keçirən oyunçu kimi bu rekordu təkrarlayıb. 1910-cu ildə Daniel Merse buna nail olmuşdu.