2008-ci ildən AFFA ilə əmkdaşlıq edən və bu müddətdə assosiasiyanın texniki direktoru olmaqla yanaşı, müxtəlif vaxtlarda U-17, U-19 və U-21 yığmalarına rəhbərlik edən Bernard Lippert özünə yeni iş yeri tapıb.
Offsideplus.az xəbər verir ki, AFFA rəhbərliyinin yeni müqavilə imzalamaqda maraq göstərmədiyi mütəxəssisə qanalılar sahib çıxıb. Lippert bundan sonra Qana Futbol Federasiyasında texniki direktor vəzifəsini icra edəcək. 58 yaşlı almanla 2 illik anlaşma əldə olunub.