“Keşlə” klubunun baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” ilə keçirilən matçdan (2:3) sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun barərə danışıb:
- Qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Hesabda irəli çıxdıq, amma qol vurandan sonra futbolçularda sanki nəsə çatmırdı, arxaya oturdular. İlk 3 matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik.
O, hər görüşdən əvvəl rəqibi təhlil etdiklərini söyləyib:
"Rəqib cinahdan qollar vurdu. Bunu kim fikirləşə bilərdi? Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu və məğlub olduq. Tərcübəli futbolçumuz isə penaltiyə səbəb oldu".
55 yaşlı mütəxəssis hər oyuna final gözü ilə baxdıqlarını vurğulayıb: "Heç vaxt narazı olmamışam. Həddindən artıq aqressiya olanda futbolçu “yana” bilər. Bəlkə də, çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün, ümumiyyətlə, oyundan razı qalmadım. Oyunun gedişatı məni qane etmədi".