“Neftçi” klubunun büdcəsi 40 faiz azaldılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov məlumat verib:
“Bu gün deyirlər ki, “Neftçi” qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm? Transferlərin nə dərəcə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, “Neftçi”də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis “Neftçi”də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür”.