UEFA-nın İcraedici Komitəsi sentyabrın 24-də Budapeştdə baş tutacaq UEFA Super Kuboku matçının stadionun tutumunun 30 %-i qədər izləyicinin iştirakı ilə oynanılacağını bildirib.
Offsideplus.az xəbər verir ki, UEFA-nın baş tutacaq digər oyunlarının sentyabrın 24-nə kimi bağlı qapılar arxasında oynanılacağı təsdiqlənib. Bu qərarlar avqustun 19-da toplantı edən UEFA-nnın 55 üzv assosiasiyası tərəfindən müzakirə edilərək qəbul edilib.
UEFA-nın prezidenti Aleksandr Çeferin:
"Futbolun çətin zamanlarda davam edə biləcəyini göstərmək vacib olsa belə, azarkeşlərsiz matçlar xarakterindən bir şey itirmiş kimidir. Budapeştdə baş tutacaq UEFA Super Kubokunun tərəfdarların stadionlara qayıtması üçün pilot matç olacağına ümid edirik".
"Macarıstan Federasiyası və onun hökuməti ilə oyunda iştirak edənlərin hamısının sağlamlığının təmin edilməsi üçün sıxca çalışırıq. İnsanların təhlükəsizliyini riskə atmayacağıq", - deyə Çeferin bildirib.