Niderland yığmasının sabiq baş məşqçisi Qus Hiddinkin yeni işi yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 73 yaşlı mütəxəssis Kurasao yığmasının çalışdıracaq. Tərəflər DÇ-2022-yə kimi razılıq əldə ediblər.

Qeyd edək ki, Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Ölkənin Futbol Federasiyası 2011-ci ildə FİFA-ya üzv olub. Kurasao millisi KONKAKAF konfederasiyasının da üzvüdür.