AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun tövsiyələrini, AFFA ilə aparılan müzakirələri, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 10.08.2020-ci il tarixdən açıq havada idman yarışlarına icazəsini nəzərə alan Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə PFL yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi 21 avqustu müəyyənləşdirib.