"Hazırda Qəbələyə gedirəm və bu səbəbdən, çox danışa bilməyəcəyəm. "Qəbələ" klubu "Zirə"dən ayrılandan sonra mənimlə əlaqə saxladı. Dedilər ki, sənin yolunu gözləyirik və klubun qapısı sənin üzünə açıqdır".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qəbələ"yə keçən Cavid Hüseynov deyib. 31 yaşlı yarımmüdafiəçi sabiq klubu ilə münasibətlərinin hər zaman çox yaxşı olduğunu bildirib.
Hüseynov bir illik müqavilə bağladıqlarını xatırladıb: "Maddi baxımdan hələ ki, heç nə bəlli deyil. Bu məsələ açıq qalıb".
Qeyd edək ki, Cavid Hüseynov 2014 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçmişdi.(Report)