Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ruslan Qurbanov karyerasını Azərbaycanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, ötən mövsümün sonunda "Keşlə"dən ayrılan futbolçu "Zirə" ilə anlaşıb.
Bir müddət əvvəl Rusiyaya qayıtmaq istəyən və hətta vətəndaşlığını dəyişmək ehtimalının olduğunu gizlətməyən 29 yaşlı hücumameyilli oyunçu qəsəbə təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Ruslan Qurbanov mövsümlərarası fasilədə 15 futbolçu ilə yollarını ayıran "Zirə"nin ilk transferi olub. Bakılılar həmçinin "Sabah"ın yarımmüdafiəçisi Şakir Seyidovla da ilkin razılığa gəlib. (Apasport)