Topaz Premyer Liqanın 22-ci turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” daha bir itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Elvin Camalov cəzalı duruma düşüb.
23 yaşlı oyunçu ötən tur “Sumqayıt”la oyunda sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, müdafiəçi Vitali Vernidub da zədə səbəbindən “Zirə” ilə aprelin 8-də keçiriləcək səfər oyununu buraxacaq.