Bakının “Keşlə” klubu qapıçı Stanislav Namaşko ilə müqavilə müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycana qayıdan moldovalı futbolçu daha 1 il komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Rəşad Əzizli, İlkin Qırtımov, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev isə kluba transfer olunublar.