"Mançester Yunayted"in əfsanələrindən olan Roy Kinin Azərbaycan millisini çalışdırmağa namizədlər sırasında olduğu barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, "İndependent" nəşri Roy Kinin AFFA-nın təklifinə razı olsa da, Bakıda yaşamaq istəmədiyi üçün qəbul etməyinin çətin məsələ olduğunu yazıb.
Nəşr AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun açıqlamasından sitat gətirərək irland mütəxəssisin baş məşqçi postuna namizədlərin qısa siyahısında yer aldığını yazıb.
Roy Kinə illik 650 min avro əmək haqqı təklif olunduğu bildirilib.