Almaniyalı Rayner Kraft 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən gələn baş məşqçilik təklifini qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "Teckbote" nəşrinə açıqlamasında 2010/2011 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olduğu üçün təklifi geri çevirdiyini bildirib.

Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.