“Qarabağ”ın futbolçusu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, polşalı müdafiəçi Yakub Jezniçak əzələ problemi aşkarlanıb.
32 yaşlı oyunçu Premyer Liqaya verilən fasilə zamanı zədə alıb. İkin proqnoza görə, Jezniçak təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Ancaq sağalma prosesi bir qədər uzana da bilər. Belədə isə futbolçunun mövsümü qapamaq təhlükəsi yaranacaq.
Qeyd edək ki, Yakub Jezniçak bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 27 matçda iştirak edib.