Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son klubu “Neftçi” olub.