Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,“Azersun Arena”da keçirilən, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər.
Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib. Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi.
{gallery preview_height=400 open_graph=0}2020-06-20/qar-1/{/gallery}