Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İniestanın yeni hazırlanan heykəli böyük marağa səbəb olub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçunun "daş əsəri" tamamilə çılpaq şəkildə hazırlanıb. 

Heykəl futbolçunun 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialın finalında, Hollandiya ilə oyunda vurduğu qolu əbədiləşdirmək üçün ərsəyə gətirilib.

Lakin, heykəltaraşlar ona paltar geyindirməyi unudub. Bunun ardınca sosial şəbəkələrdə əksər istifadəçilər heykəli lağ hədəfinə çevirib. Andres İniesta da buna biganə qalmayıb və etirazını bildirib.

Bu gün isə heykəlin paltarlı versiyası təqdim edilib. İspaniyalı futbolçu bununla bağlı şəxsi "instagram" hesabından paylaşım edib və onun heykəlini paltarsız qoymadıqları üçün təşəkkürlərini bildirib:

"Məni şalvarsız qoymadığınız üçün təşəkkürlər"

errerer