"Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov yoldaşlıq görüşündə "Qəbələ"ni 2:1 hesabıyla məğlub etdikləri yoxlama matçından sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis ilk olaraq oyun haqqında fikirlərini bölüşüb.
- İki yoxlama oyunuyla fiziki durumu qaldırmaq istəyirdik. Maraqlı oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi. Əsas odur ki, zədələr olmasın. Təəssüf ki, iki futbolçumuz zədələndi. Oyunlar bizim üçün önəmli oyunçulardır. Qısa fasilədə belə oynamaq çətindir. Komandamın yaxşı oyunundan, əzmkarlığından razı qaldım.
- Sanki az dəyişiklik etdiniz. Səbəbi nə idi?
- Məncə, az olmadı. 6-7 oyunçu dəyişdik. Gəncləri riskə atmaq istəmədik.
- Yoxlama oyunlarından sonra komanda çempionata nə dərəcədə hazırdır?
- İndiki halda tam hazır deyil. Fasilələr futbolçular üçün təhlükəlidir. Düzdür, bizdə mikrozədələr olsa da, hər halda, zədədir. Maksimum çalışırıq ki, futbolçular oyun gərginliyinə hazır olsun. Əminliklə deyirəm ki, tam fiziki hazırlıqlı olmayacaq.
- Çempionatın keçirilməsinin tərəfdarısınız?
- 2 gündən sonra növbəti yoxlama oyunu saldıq. Bu, o deməkdir ki, komanda çempionat oyunlarına hazırlaşır. Mövsümün başa çatdırılmasının tərəfdarıyıq. Kollektivi buna kökləyirik.(sportnet.az)