Ukrayna Futbol Federasiyası yığma komandnaın baş məşqçisi Andrey Şevçenko ilə bağlı yekun qərarı açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bunu federasiyanın prezidenti Andrey Pavelko qurumun İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinqdə məlumat verib.
O bildirib ki, Şevçenko və onun köməkçilərinin müqaviləsi 2022-ci ilin dekabrın 31-dək artırılıb.
Qeyd edək ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır.