“Milan”ın baş məşqçisi Cennaro Qattuzo klubla müqaviləsini nə vaxt yeniləcəyi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bildirib ki, hazırda onu daha çox “Yuventus”la oyun maraqlandırır:
“Yeni müqavilə? İndi bu haqda heç nə deyə bilmərəm. Zamanı çatanda hər şey olacaq. Hələlik bu məsələni kənara qoyaq. İndi məni daha çox “Yuventus”la oyun düşündürür. Bizi möhtəşəm komandaya qarşı çətin qarşılaşma gözləyir. Əgər Çmepionlar Liqasına vəsiqə qazanmaq istəyiriksə, daha səhv etməyə haqqımız yoxdur.
Oyunçularım hazırda yaxşı formadadırlar və bu görüşə tam hazırdılar. O ki qaldı Kaliniçə, həftə ərzində məşqlərdə özünü yaxşı göstərib. Onunla heç bir problemim yoxdur.
Bonuççi Turinə qayıdışı ilə bağlı sakitdir. Oyundan öncə emosional olması normaldır. Amma Leonardo əsl peşəkardır”.
Xatıladaq ki, martın 31-də keçiriləcək “Yuventus” - “Milan” oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.